Seneqalda millət vəkili seçilən keçmiş prezident Sall parlamentə getməyəcək


Noyabrın 17-də Seneqalda keçirilən ümumi seçkilərdə parlamentə daxil olmaq hüququ qazanan keçmiş prezident Maki Sol vəzifəyə başlamadan deputat kürsüsündən istefa verəcək.



“Takku Wallu" koalisiyasına rəhbərlik edən və koalisiyadan seçilən 16 nəfərdən biri olan keçmiş prezident Sol X hesabında açıqlama verib.

Sol ona və onun koalisiyasına səs verənlərə təşəkkür edib və Seneqal xalqını demokratiya və birgəyaşayış dəyərlərini qoruduğuna görə təbrik edib.

Bu dəyərlər işığında “Takku Wallu"ya rəhbərlik etməyə razı olduğunu vurğulayan Sol parlamentə getməyəcəyini və millət vəkilliyindən istefa verəcəyini açıqlayıb.

Solu namizədlər siyahısında olan, lakin seçilə bilməyən Abdu Mbu əvəzləyəcək.

Seneqalın yeni parlamenti dekabrın 2-də fəaliyyətə başlayacaq.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu