Polis Arnold Şvartseneggerin evinə baxış keçirib - Bomba təhlükəsi


Şükran Günündə polis Arnold Şvartseneggerin Los-Ancelesdəki evinə poçt qutusuna bomba qoyulduğunu iddia etdikdən sonra baxış keçirib.



Polis Şvartseneggerin malikanəsinə bomba ilə bağlı telefon zəngi gəldikdən sonra gəlib, lakin poçt qutusuna və ətrafına baxış keçirən zaman partlayıcı qurğu tapmayıb.

Polislər aktyorun mühafizə qrupu ilə danışıblar və geniş videonəzarət və 24 saatlıq mühafizəsi şəraitində olan evə bomba yerləşdirməyin faktiki olaraq mümkün olmadığını deyiblər.

Şvartsenegger hadisə zamanı evdə olmayıb.

Aktyor sonuncu dəfə bayramdan əvvəl noyabrın 26-da Los-Ancelesdə hinduşka paylayarkən ictimaiyyət qarşısında görünüb. Şvartsenegger bu ənənəni 30 ildən artıqdır ki, qoruyub saxlayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu