Kolumbiya tarixinin ən böyük təbii qaz yatağı kəşf edilib


Kolumbiya ölkə tarixində ən böyük təbii qaz yatağını kəşf etdiyini açıqlayıb.



Milli mətbuatda yer alan xəbərə görə, Kolumbiyanın və Braziliyanın dövlət neft şirkətləri "Ecopetrol" və "Petrobras" Santa Marta şəhərindən 77 kilometr uzaqlıqda aparılan araşdırmalar nəticəsində ölkə tarixinin ən böyük təbii qaz ehtiyatının tapıldığını açıqlayıb.

"Petrobras"ın verdiyi açıqlamaya görə, kəşf "Sirius-2" quyusunun açılması sayəsində mümkün olub. Bu quyu 2023-cü il iyunun 19-da qazılmağa başlayıb və GUA-OFF-0 bloku daxilində, 830 metr dərinlikdə yerləşir.

Kəşflə bölgədə 6 terapik kub (trilyon kub fut) təbii qaz ehtiyatının olduğu müəyyən edilib. Bu miqdarın Kolumbiyanın mövcud təbii qaz ehtiyatlarını 200 faiz artıra biləcəyi açıqlanıb.

Bildirilir ki, istehsala 3 il ərzində (2027) başlana bilər. Proses yalnız ekoloji lisenziyalar alındıqda və iqtisadi şərtlər "Petrobras" və "Ecopetrol" üçün uyğun olduqda baş verə bilər.

Kəşflə əlaqədar olaraq "Petrobras" və "Ecopetrol" cəmi 4,1 milyard dollar investisiya planlaşdırır. Bildirilib ki, bu büdcə kəşfiyyat və hasilatın işlənməsi proseslərinə ayrılacaq, dəniz dibində qurulacaq hasilat sistemləri və quruda təmizləyici qurğuya çatacaq boru kəmərlərinin çəkilişini əhatə edəcək.

"Ecopetrol" tərəfindən verilən açıqlamada, bu kəşfin Kolumbiyanın enerji təhlükəsizliyini gücləndirmək və təbii qaz ehtiyaclarını ödəmək üçün əhəmiyyətli bir addım olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu