Misir Süveyş körfəzində yeni neft yatağı kəşf edib


Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi Süveyş körfəzində yeni neft yatağının kəşf edildiyini açıqlayıb.


Açıqlamada Misirin beynəlxalq enerji şirkəti “Cheiron”un Süveyş körfəzinin şimalında yeni neft yatağı tapdığı bildirilib.

Çıxarılan neftin yüksək keyfiyyətli olduğu qeyd edilsə də, miqdarı barədə məlumat verilməyib.

Misirin neft və mineral sərvətlər naziri Tarik əl-Molla fevralın 12-də Misir Beynəlxalq Neft Sərgisi və Konfransındakı çıxışında ölkəsinin neft ixracatının 2022-ci ildə 41 faiz artdığını və 2025-ci ilə qədər 300 təbii qaz neft quyusu qazmağı planlaşdırdıqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu