Türkiyədə yeni böyük neft yatağı tapılıb


Türkiyənin cənub-şərqində İraqla sərhədə yaxın ərazidə yeni neft yatağı aşkar edilib.


AFN.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, artıq Kato dağı ərazisində ilkin kəşfiyyata başlanılıb. Neftin keyfiyyəti Ərəbistan nefti ilə müqayisə oluna bilər.

Bildirilir ki, yeni kəşf edilən yatağın potensialı ölkənin ən böyük yatağı olan "Qabar"ın ehtiyatlarından 5 dəfə çox ola bilər.

Aşkar edilən neftin keyfiyyəti dünyanın ən bahalı və minimum çirklənmiş olması ilə ərəb nefti ilə müqayisə oluna bilər.

Mayın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qabar dağ silsiləsi yaxınlığında sutkada təqribən 100 min barel gücü olan neft yatağının kəşf edildiyini açıqlamışdı.

Onun ehtiyatlarının dəyəri təxminən 70 milyard dollar qiymətləndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu