Trampın keçmiş vəkilinə "məhkəməyə hörmətsizlik" qərarı


ABŞ-da haqqındakı böhtan işində uduzaraq 148 milyon dollar təzminat ödəməyə məhkum edilən Donald Trampın keçmiş vəkili Rudi Qiulianinin sahib olduğu qiymətli əşyaları müsadirədən yayındırmaqda ittiham olunduğu işdə məhkəməyə hörmətsizlik etməsinə qərar verilib.



Manhettendə keçirilən iclasda hakim Lyuis Liman Qiulianinin əleyhinə qərar verib.

Nyu York dairəsinin hakimi Liman Qiulianinin ödəməli olduğu təzminat müqabilində həbs edilmiş aktivləri ilə bağlı məhkəmə tərəfindən tələb olunan məlumat və sübutları təqdim etmək müddətini keçərək "məhkəmənin aydın və birmənalı qərarını qəsdən pozduğunu" söyləyib.

Qiulianiyə qarşı "məhkəməyə hörmətsizlik" hökmü çıxaran hakim Liman Georgianın iki seçki məmurunun məhkəmə qərarına əməl edilməməsi və onların əmlaklarının vəziyyəti ilə bağlı qaldırdığı işin sonunda cinayət cəzasını qiymətləndirəcəyini də qeyd edib.

Qiulianinin müsadirə edilən aktivlərinin statusu ilə bağlı işə yanvarın 16-da Nyu Yorkda baxılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu