Mariya Stadnikə vəzifə verildi
Karyerasını başa vuran Azərbaycan qadın güləşçisi Mariya Stadnik bundan sonra Federasiyada funksioner olacaq.
AFN.az xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan Güləş Federasiyası yayıb.
Bildirilir ki, M.Stadnik Federasiyada qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.