Gürcüstan təxribat və xarici təşkilatlara yardım faktını araşdırır
![](/uploads/posts/2025-02/gurcustan-bayragi.jpg)
Gürcüstanın Baş Prokurorluğu mümkün təxribat və düşmənçilik fəaliyyətində xarici təşkilatlara yardım göstərilməsi ilə bağlı işi araşdırır.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə idarənin açıqlamasında bildirilir.
“Gürcüstanın Baş Prokurorluğunun İstintaq Departamenti Gürcüstanın dövlət maraqlarına qəsd məqsədi ilə ağırlaşdırılmış təxribat, təxribata cəhd və xaricdən nəzarət edilən xarici təşkilat və təşkilatlara düşmənçilik fəaliyyətinə köməklik göstərilməsi ilə bağlı araşdırmalara başlayıb”, - deyə qurumun açıqlamasında qeyd edilir.