Gürcüstanın Çexiyadakı səfiri istefa verən altıncı diplomat oldu
Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze istefa verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Teya Maisuradze baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı ilə danışıqların başlanmasının dondurulması haqda bəyanatından sonra istefa verən altıncı gürcü diplomat olub.
“Mən Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdim, demək olar ki, iyirmi ilə yaxındır ki, ölkəmin milli maraqlarına xidmət etmək, onun Avro-Atlantik inteqrasiyasını təşviq etmək, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim üçün böyük şərəfdir” - deyə diplomat X-da yazıb.
Gürcüstan hakimiyyətinin sözügedən qərarından sonra ölkənin ABŞ, Litva, Hollandiya, Bolqarıstandakı səfirləri, eləcə də İtaliyadakı səfiri vəzifəsini icra edən diplomatlar istefa verdiklərini elan ediblər.