Gürcüstanın baş naziri müxalifətlə danışıqların mümkünlüyünü istisna edib


Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədəki mövcud vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması imkanını istisna edib.[h5][/h5]

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında bildirib. Mövzu ilə bağlı sualı cavablandırarkən baş nazir deyib: "Qətiyyən! Heç bir danışıq aparılmır".

Noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Buna səbəb Gürcüstanın baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək və qurumun bütün qrantlarından imtina etmək qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu