"Binance" və SEC birgə vəsatət qaldırıb
Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) və "Binance" məhkəmə işinin dayandırılması üçün birgə vəsatət qaldırıblar.
AFN.az xəbər verir ki, bununla bağlı "Binance"dan bildirilib.
"Biz, ABŞ-da və dünyada blokçeyn texnologiyasının qızıl dövründə rəqəmsal aktivlərə qanunvericilik və tənzimləmə ilə bağlı lazımi diqqətinin təmin olunmasına diqqətli yanaşmasına görə müvəqqəti sədr Ueydə minnətdarıq. SEC işi həmişə əsassız olub və biz onu arxada qoymağa, eləcə də "Binance"in dünyanın ən təhlükəsiz, lisenziyalı və etibarlı birjası olaraq qalmasına diqqət yetiririk" - deyə birja nümayəndələrinin açıqlamasında qeyd edilir.