Ukrayna NATO-ya üzvlüyündən imtina etmir


Ukrayna NATO-ya üzv olmaq kursundan dönməyib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Rustem Umerov bildirib.

"Ukrayna-NATO Şurasının iclasından əvvəl mənim Alyansın baş katibi Mark Rutte ilə mühüm söhbətim oldu. Ukrayna öz strateji kursundan əl çəkmir - biz gələcəyimizi NATO-da görürük", - deyə o, Facebook-da yazıb.

ABŞ-ın müdafiə naziri Pit Heqset Qərb təmas qrupunun Brüsseldə keçirilən son iclasında Ukraynanın NATO-ya qoşulma ehtimalını faktiki olaraq istisna edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu