"Ynet": İsrail ordusu 24 saat ərzində Livanın cənubundan çəkiləcək

İsrail Müdafiə Qüvvələri (IDF) atəşkəs razılaşması çərçivəsində növbəti 24 saat ərzində Livanın cənubundan çəkiləcək.
AFN.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb. Bildirilir ki, İsrail ordusu müəyyən mövqelərdən çəkilsə də, beş strateji mövqedə qalacaq.
Məlumata görə, İDF Livanın cənubunda şiə Hizbullah yaraqlılarının fəaliyyətini bərpa etməsinin qarşısını almaq üçün bu beş mövqedə qeyri-müəyyən müddətə qalacaq.