ABŞ Ukraynadakı Avropa sülhməramlılarına dəstək verəcək

ABŞ prezidenti Donald Tramp Avropa sülhməramlılarının Ukraynaya göndərilməsinin əleyhinə olmayacağını bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti jurnalistlərin müvafiq sualını cavablayarkən deyib. “Əgər onlar istəyirlərsə, bu, əladır. İstədikləri budursa, mən bunu tamamilə dəstəkləyirəm" - deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, bu, sülh sazişləri bağlanacağı təqdirdə mümkündür. "Biz atəşkəsdən və ya sülhdən danışırıq. Biz hər ikisinə nail olmaq istəyirik. Başlanğıc üçün atəşkəs olacaqdı və əgər onlar bunu etmək istəsələr, - bilirəm ki, Fransa bunu etməyə hazırdır - bu, gözəl jest olardı", - deyə ABŞ prezidenti vurğulayıb.
Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirmişdi ki, Qərbi Avropa ölkələri arasında Ukraynada gələcək atəşkəs və davamlı sülhə zəmanət vermək" üçün Fransa, Böyük Britaniya və Polşadan kontingentlərin yerləşdirilməsi ilə bağlı "müzakirələr aparılır.