ABŞ Ukraynanın NATO-ya üzvlük perspektivindən imtina etməklə səhv edir - Pistorius

Almaniyanın müdafiə naziri Boris Pistorius Donald Tramp administrasiyasının Ukraynada sülh danışıqları aparmasından narazılığını bildirib.
AFN.az "Bild"ə istinadən xəbər verir ki, o, ABŞ-ın Ukraynanın NATO-ya üzvlük perspektivindən imtina etməklə səhv etdiyini deyib. Alman nazirin fikrincə, bu cür bəyanatlar Qərbin danışıqlarda mövqeyini zəiflədir.
Pistorius ABŞ-ın Avropa ölkələrinin iştirakı olmadan Rusiya ilə dialoq aparmasını da tənqid edib, lakin eyni zamanda, Avropanın sonradan sülhün təmin olunması üçün əsas məsuliyyəti öz üzərinə götürməli olacağını güman edir.
Pistorius əmin edib ki, Almaniya NATO-nun Avropadakı ən böyük tərəfdaşı kimi sülhməramlı missiyada iştirak etməyə hazırdır. Bununla belə, o, belə bir qərarın təfərrüatları barədə danışmağın tez olduğunu bildirib.