Tramp administrasiyası 8 Latın Amerikası kartelini xarici terror təşkilatları adlandırıb

ABŞ Federal hökumətinin rəsmi qəzetində dərc olunan qərarda ABŞ-ın Venesuela, Salvador və Meksikadakı 8 cinayət təşkilatını xarici terror təşkilatı olaraq təyin etdiyi açıqlanıb.
Bu qərarla Venesuelada "Tren de Aragua", El Salvadorda "MS-13" və Meksikada 6 kartel ABŞ tərəfindən xarici terror təşkilatı olaraq adlandırılıb.
"Əgər bu fərman (Meksikada) ekstraterritorial hərəkətlərə aiddirsə, biz onları qəbul etmirik", - Meksika prezidenti Klaudiya Şeynbaum qərardan əvvəl verdiyi açıqlamada bildirib.
"Əgər onlar ABŞ-da fəaliyyət göstərən çirkli pulların yuyulması və narkotik ticarəti ilə məşğul olan cinayətkar qrupları daha da araşdırmaq üçün bu fərmanı versəydilər, bu, çox yaxşı olardı", - deyən Şeynbaum Meksikanın birgə araşdırmaların aparılması ilə razılaşdığını bildirib.