Kanada Rusiyanın dondurulan aktivlərindən Ukraynaya 5 milyard dollar yardım göndərəcək

Kanadanın baş naziri Castin Trüdo sanksiyalar çərçivəsində dondurulan Rusiya aktivlərindən 5 milyard dollarlıq ilk ödənişin Ukraynaya veriləcəyini açıqlayıb.
Kanada Yayım Korporasiyasının (CBC) məlumatına görə, Trüdo Kiyevdə Ukraynaya dəstək üçün keçirilən beynəlxalq sammitdə “Bu, Ukraynanın istədiyi, təxribat törətdiyi və ya hər hansı bir şəkildə tələb etdiyi münaqişə deyil” deyib.
Trüdo Ukraynaya 25 yüngül zirehli maşın və iki zirehli döyüş dəstək maşını tədarük edəcəklərini, enerji təhlükəsizliyini dəstəkləmək üçün qrant verəcəklərini və sanksiyalar altında dondurulan Rusiya aktivlərindən əldə edilən 5 milyard dollarlıq vəsaitin ilk ödənişini edəcəklərini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenskini qeyri-adi cəsarət, dözümlülük və qətiyyətə malik olduğunu xarakterizə edən Trüdo Ukrayna liderinin onu və milyonlarla kanadalını ilhamlandırmağa davam etdiyini deyib.
Trüdo Rusiyanı qaydalara əsaslanan beynəlxalq nizama birbaşa hücumda" günahlandırıb və "Biz qüdrətin doğru olduğu bir dövrə qayıda bilmərik. Biz Ukraynanın ədalətli və davamlı sülhə sahib olması üçün əlimizdən gələni etməliyik. Bu sülhə ukraynalılar masa arxasında oturmadan nail olmaq mümkün deyil" deyib.
Yeni 5 milyard dollarlıq fond Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin ilk hissəsidir.