Kanadan Rusiyaya qarşı sanksiya siyahısına 3 mindən çox şəxs və təşkilatı daxil edib


Kanadanın Baş naziri Castin Trüdo Ottavanın Rusiya əleyhinə sanksiyalar siyahısına daha 10 şəxs və 21 təşkilatı əlavə etdiyini açıqlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin Avropa liderlərinin Londonda başa çatan Ukrayna üzrə sammitinin yekunlarına dair bəyanatında deyilir.

"Baş nazir 10 şəxsə və 21 təşkilata, o cümlədən hərbiləşdirilmiş təşkilatlara və onların rəhbərlərinə qarşı yeni sanksiyalar elan edib", - deyə sənəddə qeyd edilir. Bildirilir ki, Rusiyaya qarşı sanksiya siyahısında artıq 3 mindən çox şəxs və təşkilat var.

Bu siyahılar hələ Kanada Xarici İşlər Nazirliyinin saytında dərc edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu