Ekvadorda daşqın nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb

Ekvadorun cənubunda daşqın nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb.
Milli KİV-in məlumatına görə, El Oro əyalətinin Pinas qəsəbəsinə yağan güclü leysan insan tələfatına və böyük dağıntılara səbəb olub.
Səlahiyyətlilər indiyədək iki nəfərin öldüyünü, əksəriyyəti yüngül olmaqla 81 nəfərin yaralandığını bildirib.
San Roque çayının daşması nəticəsində bir çox ev və iş yeri su altında qalıb. Mülki müdafiə qruplarının axtarış-xilasetmə işlərini davam etdirdiyi bildirilib.
Rəsmi açıqlamalara görə, rayonda 19 ev tamamilə dağılıb, 85 ev, 23 ictimai bina, səhiyyə ocağına və körpüyə ziyan dəyib.