Tacikistan və Qırğızıstan arasında uçuşlar 4 ildən sonra bərpa edilib


Qırğızıstan və Tacikistan arasında təxminən 4 il əvvəl dayandırılan uçuşlar Düşənbə-Bişkek reysi ilə bərpa edilib.



Qırğızıstan hava limanının mətbuat katibi Alena Xomenko sosial media hesabında Tacikistan hava yolu şirkəti "Somon Air"ə məxsus Düşənbədən havaya qalxan təyyarənin Manas Beynəlxalq Hava Limanına uğurla eniş etdiyini açıqlayıb.

Düşənbə və Bişkek arasında uçuşlar 2021-ci ilin may ayında sərhəd mübahisəsi ilə bağlı iki ölkə arasında silahlı münaqişədən sonra Qırğızıstanın Tacikistan vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoyması səbəbindən dayandırılmışdı.

Qırğızıstan hakimiyyəti 2021-ci ilin iyununda hava sərhədi də daxil olmaqla Tacikistanla sərhədi rəsmən bağlayıb.

Qeyd edək ki, Tacikistan prezidenti Emoməli Rəhman Qırğızıstanın paytaxtı Bişkekdə dünən Qırğızıstan prezidenti Sadir Japarov ilə imzalanan sərhəd razılaşmasından sonra Düşənbə-Bişkek-Düşənbə reyslərinin martın 14-də başlayacağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu