Rusiya nümayəndə heyəti ABŞ-la məsləhətləşmələr üçün Ər-Riyada gedib

Rusiya nümayəndə heyəti Rusiya Federasiyası və ABŞ-ın ekspert qruplarının planlaşdırılan məsləhətləşmələrində iştirak etmək üçün Ər-Riyada gəlib.
AFN.az TASS-a istinadən xəbər verir ki, görüş martın 24-də səhər başlayacaq.
Bu barədə TASS-a Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və nümayəndə heyətinin üzvlərindən biri Qriqori Karasin məlumat verib.
“Rusiya nümayəndə heyəti Ər-Riyada gəlib və danışıqlar martın 24-ü səhər başlayacaq”, - Karasin bildirib.
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals ABŞ və Rusiyanın Səudiyyə Ərəbistanında Qara dənizdə hərbi əməliyyatların dayandırılması və onun vasitəsilə ticarətin bərpası məsələsini müzakirə edəcəklərini bildirib.