Əfqanıstanın Məzari-Şərif şəhərində məscidin yaxınlığında partlayış olub

Əfqanıstanın Bəlx vilayətinin paytaxtı Məzari-Şərif şəhərinin şimalında yerləşən məscidin yaxınlığında partlayış baş verib.
AFN.az xəbər verir ki, bu barədə yerli “Etilaatroz” qəzeti hadisə şahidlərinə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb. İlkin məlumatlara görə, partlayışa əvvəlcədən quraşdırılmış partlayıcı qurğunun işə düşməsi səbəb olub.
Əfqanıstanı idarə edən Taliban hərəkatının nümayəndələri hələlik partlayışla bağlı məlumatı şərh etməyiblər.
Həmin məscid 2022-ci ildə də kamikadze hücumunun hədəfi olub. Terror aktı nəticəsində onlarla insan yaralanıb.