Yaponiya XİN Rusiyanı Kuril adalarında hərbi mövcudluğunu gücləndirməkdə ittiham edib

Yaponiya Rusiyanı Kuril adalarının cənubundakı hərbi mövcudluğunu gücləndirməkdə ittiham edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Tokio Kuril adalarında keçirdiyi təlimlərə görə diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə etiraz edib. Bu haqda Yaponiyanın xarici işlər naziri Takeşi İvaya mətbuat konfransında bildirib.
Jurnalistlərin suallarını cavablandıran İvaya deyib ki, Yaponiya tərəfi Rusiyadan aprelin 17-dən 22-dək Kunaşir, Şikotan və Habomai adaları ərazisində təlim atışları aparılacağı barədə bildiriş alıb. Yaponiya öz suverenliyinin bu ərazilərə də şamil edildiyini bildirib: "Diplomatik kanallar vasitəsilə etiraz bildirilib. Rusiyanın hərbi mövcudluğunun gücləndirilməsi, o cümlədən bu cür təlimlər dörd şimal adasında (Yaponiyada Kuril adalarının cənub hissəsi belə adlanır - red.) ölkəmizin mövqeyi ilə ziddiyyət təşkil edir və qəbuledilməzdir".