Şimali Avropa ölkələri NATO-ya alternativ olaraq blok yaradır


İsveç, Finlandiya, Danimarka və Norveç ABŞ-dan daha az asılı olmaq üçün təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirirlər.


AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ekspertlərə istinadən yazıb.

Bildirilir ki, Şimali Avropanın dörd ən böyük ölkəsi hərbi resursları birləşdirərək yeni regional təhlükəsizlik arxitekturasını yaradır. İsveç sualtı qayıqlar, tanklar və səsdən sürətli döyüş təyyarələri istehsal edir, Norveç isə dənizdə müşahidə və Arktikada döyüş imkanlarını təmin edir. Finlandiyada Avropanın ən böyük daimi ordusu və artilleriyası var, Danimarkada isə Əfqanıstan və İraqda təcrübə qazanmış xüsusi təyinatlılar var.

ABŞ kəşfiyyatının keçmiş baş analitiki Erik Kayramella bildirib ki, belə bir regional qruplaşma Almaniya kimi tam inteqrasiya olunmuş hərbi sənaye bazası yaratmaq üçün iqtisadi və resurs potensialına malikdir. Öz növbəsində Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Matti Pesu nəşrə müsahibəsində qeyd edib ki, Nordic bloku digər ölkələr qrupları üçün nümunə ola bilər. O, ABŞ prezidenti Donald Trampın ölkəni Şimali Atlantika alyansından çıxarmaqla hədələdiyini xatırladaraq bildirib ki, bu, NATO-nun işə yaramayacağı təqdirdə ehtiyat planıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu