Hindistanda terror aktı törətməkdə şübhəli bilinən şəxslərin evlərində partlayışlar olub

Hindistanın şimalındakı Cammu və Kəşmirdə terror aktında iştirak etdiyi iddia edilən şəxslərin yaşadığı iki evdə partlayış baş verib.
AFN.az xəbər verir ki, bu barədə yerli PTI agentliyi mənbələrə istinadən məlumat yayıb.
Rəsmilər agentliyə bildiriblər ki, təhlükəsizlik qüvvələri “Laşkar-e-Taiba” qruplaşmasının iki terrorçusunun evlərində axtarış apararkən binalara yerləşdirilən partlayıcılar işə düşüb.
Partlayış binaların dağılması ilə nəticələnib. Ölənlər və yaralananlar barədə məlumat verilmir.