Tramp: Kanada və Qrenlandiyanın ABŞ-a birləşdirilməsi məsələsində ciddiyəm

Kanada və Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması ilə zarafat etmirəm və Kanada və Qrenlandiya Birləşmiş Ştatların bir hissəsi olmalıdır.
AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Time” jurnalına deyib.
"Kanada maraqlı mövzudur. Biz Kanadanı dəstəkləməklə ildə 200-250 milyard dollar itiririk. Biz onların ordusunu, kanadalıların həyatlarının bütün aspektlərini öhdəmizə götürürük. Vaşinqtonun şimal qonşusuna qarşı belə bir siyasət yürütməyə davam etməsinin yeganə yolu Kanadanın ABŞ-a qoşulması olacaq".
Qrenlandiya haqqında danışarkən Tramp ərazinin ABŞ-ın bir hissəsi olmasından ada sakinlərinin iqtisadi fayda görəcəyini qeyd edib: "Vaşinqton üçün Qrenlandiya öz təhlükəsizliyini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir".