“Azəristiliktəchizat”a sədr təyin edildi - SƏRƏNCAM


Prezident İlham Əliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi barədə Sərəncam imzalayıb.


AFN.az xəbər verir ki, bu vəzifəyə İlham Ata oğlu Mirzəliyev təyin edilib.

Qeyd edək ki, 65 yaşlı İ. Mirzəliyev 2005-ci ildən “Azəristiliktəchizat” ASC-nin sədr müavini vəzifəsində çalışırdı. O, iqtisad üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, “Azəristiliktəchizat”ın keçmiş sədri Yaşar Həsənov 2022-ci ildə vəzifədən azad edilmişdi. Eyni ildə həmin vəzifənin müvəqqəti icrası İlham Mirzəliyevə həvalə edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu