ABŞ və İsrailin dəstəklədiyi fond Qəzzaya yardım göndərir

ABŞ və İsrailin dəstəyi ilə yaradılmış Qəzzaya Humanitar Yardım Fondu (GHF) 26 may tarixindən etibarən Qəzzaya yardım göndərməyə başlayıb.
AFN.az xəbər verir ki, həftənin sonuna qədər 1 milyon fələstinliyə yardımın çatdırılması nəzərdə tutulur.
Fonddan verilən açıqlamada bildirilib ki, yardım yaxın həftələrdə bütün Qəzza əhalisinə çatdırılacaq.
Yeni plana əsasən, bütün beynəlxalq humanitar təşkilatlar, o cümlədən BMT qurumları, yalnız GHF vasitəsilə yardım göstərə biləcəklər. Mövcud qurumlar isə GHF tam fəaliyyətə başlayana qədər keçid dövründə əvvəlki qaydada işləyə biləcəklər.