Prezidentdən film sənayesinə dəstək: Yeni sərəncam imzalandı


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb.



AFN.az-ın xəbərinə görə, sərəncama əsasən, Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir.



Həmçinin Nazirlər Kabineti kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.



Sənəddə bildirilib ki, sərəncam film istehsalı sənayesini gücləndirmək, həmçinin xarici film istehsalçılarını Azərbaycanı film məkanı kimi seçməyə təşviq etmək məqsədilə imzalanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu