Mütəxəssislərdən TikTok-da yayılan ağız bantlama trendinə xəbərdarlıq


Sosial mediada sürətlə yayılan “ağız bantlama” (ağzı yapışqan lentlə bağlama) trendi, xoruldama və ağızdan nəfəsalma kimi yuxu problemlərinə qarşı həll kimi təqdim olunur. Lakin həkimlər bu üsulun elmi əsaslarının zəif olduğunu vurğulayırlar.



TikTok platformasında minlərlə video bu üsulun daha keyfiyyətli yuxu, artan enerji, daha formalaşmış çənə xətti və yaxşılaşdırılmış ağız gigiyenası kimi üstünlüklər vəd etdiyini iddia edir. Amma mütəxəssislərin fikrincə, bu iddiaların əksəriyyəti elmi sübutlardan məhrumdur.



Kanadada yerləşən London Health Sciences CenterSaskatchewan Universitetinin Tibb Fakültəsi alimləri bu sahədə aparılmış ən genişmiqyaslı elmi araşdırmalardan birini həyata keçiriblər. Onlar 213 pasiyenti əhatə edən 10 müxtəlif elmi tədqiqatı təhlil ediblər.



Yalnız 2 araşdırmada, yüngül yuxu apnesi olan bəzi xəstələrdə bu üsulun müsbət təsir göstərdiyi müəyyən olunub. Bu təsirlər arasında yuxu zamanı nəfəsin dayanması hallarının azalmasıqandakı oksigen səviyyəsinin artması qeyd olunur.



Lakin araşdırmaların ümumi nəticəsi ağız bantlamanın effektivliyinə dair yetərli sübut olmadığını göstərib. Xüsusilə burun tıxanıqlığı yaşayan şəxslər üçün bu metodun ciddi sağlamlıq riskləri daşıya biləcəyi vurğulanır.



Mütəxəssislər xəbərdarlıq edirlər ki, sinüzit, burun əyriliyi (deviasiya) və ya burun polipləri kimi səbəblərlə ağızdan nəfəs alan şəxslər bu üsulu tətbiq etdikdə boğulma riski ilə üzləşə bilərlər.



Bundan əlavə, tədqiqatçılar araşdırmaların əksəriyyətinin aşağı keyfiyyətli olduğunu, iştirakçı sayının azlığı, izləmə müddətinin qısa olmasımetodoloji problemlərin nəticələri zəiflədə biləcəyini qeyd ediblər.



Mütəxəssislər yuxu problemləri olan şəxslərə sosial media trendlərinə deyil, tibbi mütəxəssislərə müraciət etməyi tövsiyə edirlər:



“Əgər yuxu probleminiz varsa və ya həyat yoldaşınızın xorultusu sizi narahat edirsə, ən düzgün yol həkimə müraciət etməkdir.”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu