Bosniya və Herseqovina parlamentində ilan təşvişi

Bosniya və Herseqovina Federasiyası Xalqlar Palatasının iclası təxirə salınmalı olub. Rəsmi şəxslər zalda bir ilan olduğunu bildiriblər və genişmiqyaslı axtarış başlayıb.
Bosniya və Herseqovina Federasiyası Xalqlar Palatasının yaydığı yazılı açıqlamada paytaxt Sarayevodakı parlament binasında keçirilməsi planlaşdırılan Xalqlar Palatasının iclasının zalda ilan aşkar edildikdən sonra təxirə salındığı qeyd olunub.
Açıqlamada iclasdan əvvəl zalda kiçik bir ilan görüldüyünə diqqət çəkilərək, daha ətraflı araşdırma aparılması üçün zalın boşaldıldığı bildirilib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə zalda olan ilanı bir işçinin çölə çıxardığı görünür.
Parlament zalında aşkar edilən ilan qısa müddətli təşvişə səbəb olub.