İlon Mask Trampla danışdı – münasibətlər yenidən qurulur?


İlon Mask və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə Mask Amerika liderinin ünvanına verdiyi açıqlamalara görə təəssüfləndiyi barədə yazı dərc edib. Bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.



Onların sözlərinə görə, Maskın özü iyunun 9-da ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və Ağ Evin aparat rəhbəri Syuzan Uayls ilə təkbətək söhbətindən sonra Trampa zəng edib və münaqişənin həllinin mümkün yollarını müzakirə edib.



Qəzet yazır ki, Amerika prezidentinin və Maskın nümayəndələri şərh verməyiblər.



Daha əvvəl “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən xəbər vermişdi ki, Vens və Uayls Maskı Trampla münasibətləri bərpa etməyə çağırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu