Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi "ZN Trade"ə yenə tender verdi: bu dəfə 73 minlik


Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi "ZN Trade” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.



Qaynarinfo xəbər verir ki, şirkət Agentliyin dəftərxana mallarının satın alınması ilə bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibi seçilib. Bağlanacaq müqavilənin maliyyə dəyəri 73 380,83 manatdır.



İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ZN Trade" MMC 09 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 3/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Kərimov Nüsrəddin Yolçu oğludur.



Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Məlum olan odur ki, şirkət yarandıqdan qısa müddət sonra tender kralına çevrilib.



"ZN Trade” əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin keçirdiyi tenderlərin qalibi olur.



Bu tenderlərə nəzər saldıqda aydın olur ki, şirkət reablitasiya məhsullarından tutmuş dəftərxana ləvazimatlarına qədər ən müxtəlif malların satışını həyata keçirir.



Şirkətin vaxtaşırı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin keçirdiyi tenderlərin qalibi seçilməsi güclü himayədarlarının olması ilə izah edilir. Bu sırada Agentliyin keçmiş sədri, hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyən Anar Bayramovun adı çəkilir. Mediada bu barədə dəfələrlə yazılıb və bu iddialar indiyədək təkzib edilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu