Serbiya BRİKS-lə əlaqələri strateji prioritet sayır

Serbiya BRİKS-lə yaxınlaşmada maraqlıdır və assosiasiya üzvləri ilə əlaqələrin inkişaf etdirilməsi respublika üçün strateji prioritetdir.
AFN.az xəbər verir ki, bunu TASS-a Serbiyanın baş naziri Curo Matsuta deyib.
"Biz ənənəvi tərəfdaşlarımız və dostlarımızla əməkdaşlığın dərinləşdirilməsi zərurətini ardıcıl olaraq müdafiə edirik. BRİKS ölkələri dünya səhnəsində ən mühüm oyunçulardır və onlarla güclü qarşılıqlı faydalı münasibətlərin inkişafı bizim üçün strateji maraq kəsb edir", - deyə o bildirib.
Baş nazir qeyd edib ki, eyni zamanda Serbiya Avropa İttifaqına üzvlük yolunu davam etdirir.