ABŞ İndoneziyanın BRİKS-ə daxil olmasından narahatdır


İndoneziya 2025-ci ilin yanvarında BRİKS-ə qoşulduqdan sonra ABŞ qlobal maliyyə sistemində ABŞ-ın hökmranlığının sona çatması təhlükəsindən narahat olub.



Bunubraziliyalı jurnalist və analitik Pepe Eskobar deyib.

“İndoneziya indi BRİKS-ə tamhüquqlu üzv kimi qoşulub. ABŞ Cənub-Şərqi Asiyanın ən mühüm ölkəsinin, sürətli inkişaf zonasının indi ilkin üzvlər kimi səsvermə hüququna malik BRİKS-in tamhüquqlu üzvü olmasından dəhşətə gəlir”, – jurnalist RİA Novosti ilə söhbətində qeyd edib.

Eskobarın sözlərinə görə, İndoneziya da BRİKS-ə qoşulan digər ölkələr kimi, ölkə daxilində sabitliyi pozmaq üçün indi Amerika kəşfiyyat orqanlarının hücumuna məruz qalacaq. ABŞ-dan rəngli inqilablar və hibrid hücumlar cəhdlərində də artım olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu