Aİ Rusiyanın aktivlərini riskli fondlara yönəltmək istəyir

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərini “daha riskli aktivlərə” köçürməklə milyardlarla avro daha çox çıxarmağa çalışır.
AFN.az-ın xəbərinə görə, "Politico" mənbələrə istinadən xəbər verir ki, Aİ icra hakimiyyəti Moskvanın dondurulmuş 200 milyard avroluq aktivlərini yüksək faiz ödəyəcək “yeni, daha riskli” investisiya fonduna köçürmək istəyir.
Məqsəd ABŞ prezidenti Donald Trampın maliyyəni azaltmaqla hədələməsi fonunda Ukraynaya transfer üçün gəlir əldə etməkdir.
Bu addım Rusiya aktivlərinin beynəlxalq hüquqa zidd olaraq tam müsadirəsinə gətirib çıxarmayacaq. Aİ əsas kapitala toxunmadan yalnız aktivlərdən əldə olunan faizləri xərcləməklə hüququ pozmaqda ittiham olunmaqdan yayınmağa çalışır.
Bundan əvvəl İspaniya dondurulmuş Rusiya aktivlərindən Avropanı müdafiə etmək və Ukraynanı dəstəkləmək üçün istifadə etməyə imkan verən xüsusi fondun yaradılmasına çağırıb. İdeya krallığın iqtisadiyyat naziri Karlos Kuerpo tərəfindən irəli sürülüb.