İsrail Qəzzaya havadan humanitar yardımı bərpa edəcək


İsrail Müdafiə Qüvvələri (İDF) iyulun 26-da Qəzza zolağına humanitar yardımın havadan buraxılmasını bərpa etməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Prosesə İsrail hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərin Əlaqələndirilməsi İdarəsi və dövlət Hərbi Hava Qüvvələri rəhbərlik edəcək.

“Havadan endirmə əməliyyatı humanitar təşkilatlar və İDF ilə koordinasiya əsasında həyata keçiriləcək”, - deyə bəyanatda qeyd edilib.

Açıqlamada Birləşmiş Millətlər Təşkilatının karvanlarının təhlükəsiz keçməsi üçün xüsusi humanitar dəhlizlərin yaradılmasına dair qərarın qəbul edildiyi də bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu