İsrailin xarici işlər naziri Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib
İsrailin xarici işlər naziri Gideon Saar Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib.
AFN.az xəbər verir ki, bu barədə avqustun 27-də “Reuters” məlumat yayıb.
Agentlik bildirir ki, Saar ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüşdən sonra jurnalistlərə bildirib: “Fələstin dövləti olmayacaq”.
O, Ruhio ilə keçirdiyi görüşü “çox yaxşı” adlandırıb.
Qeyd edək ki, Fələstin Milli Administrasiyası BMT Baş Assambleyasında sentyabrda birtərəfli dövlət elanını nəzərdən keçirir. İyul ayında İsrail parlamenti qərb sahilində suverenliyi artırmaq barədə bəyannamə qəbul edib, bu isə bir sıra ölkələr tərəfindən beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib. Böyük Britaniya və Fransa isə sentyabr sessiyasında Fələstin dövlətini tanıyacaqlarını açıqlayıblar.

