“Süni intellekt”dən istifadə edən musiqiçi albom müqaviləsi imzaladı


Musiqi sənayesində mübahisə doğuran yeni bir hadisə baş verib. Oliver MakKan adlı gənc heç bir alət çalmağı və ya bəstələməyi bilməməsinə baxmayaraq, tamamilə süni intellekt dəstəyi ilə yaratdığı mahnılar sayəsində albom şirkəti ilə müqavilə imzalayıb.

MakKanın çıxışı süni intellektlə hazırladığı bir musiqi parçasının Spotify-da 3 milyondan çox dinlənməsi ilə olub.

Bu uğur musiqi prodüserlərinin diqqətini çəkib və müqaviləyə aparan yolu açıb. MakKan UdioSuno kimi məşhur süni intellekt musiqi alətlərindən istifadə edərək melodiyalar yaradır, üzərinə isə öz yazdığı sözləri əlavə edir.

MakKan özü ilə bağlı ən diqqətçəkən məqamı açıq şəkildə dilə gətirir:

"Məndə heç bir musiqi istedadı yoxdur. Mahnı oxuya bilmirəm, alət çala bilmirəm, musiqi keçmişim də yoxdur".

Bu açıqlamalar illərini musiqi təhsilinə və praktikasına sərf etmiş sənətçilər arasında narazılıqla qarşılanıb. Bir çox musiqiçi əməyin dəyərdən salındığını, süni intellekt dəstəyi ilə çıxış edənlərin isə asan yolla şöhrət qazandığını düşünür.

Müzakirələr yalnız istedad məsələsi ilə məhdudlaşmır. Udio və Suno kimi platformalar real sənətçilərin əsərləri üzərində öyrədilmiş modellərdən istifadə edir. Bu isə müəllif hüquqları, ədalətli istifadə və sənətçilərə ödənişlə bağlı ciddi suallar doğurur. Musiqi şirkətləri ilə süni intellekt firmaları arasında lisenziya və gəlir bölgüsü üzrə danışıqlar hələ də davam edir.

Rəqəmsal musiqi platformalarında süni intellektlə yaradılan kontentin sürətlə artdığı vurğulanır. Bu müqavilə gələcəkdə daha




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu