İcra Hakimiyyəti ilə keçmiş deputatın şirkəti arasında 1990 manatlıq sövdələşmə


Gədəbəy Rayon İcra Hakimiyyəti “ABC-Telecom” MMC ilə satınalma müqaviləsi bağlayıb.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qurum “ABC-Telecom” MMC-dən bir sıra mallar alacaq və buna görə şirkətə 1990,01 manat ödəyəcək. Alınacaq malların nədən ibarət olduğu açıqlanmayıb. Satınalma proseduru bir mənbə üsulu ilə həyata keçirilib.

“ABC-Telecom” MMC 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 manatdır. Şirkətin qanuni təmsilçisi İsrafilzadə Həsən Fazil oğludur.

Həsən İsrafilzadə eyni zamanda “Nova Credit” Bank Olmayan Kredit Təşkilatının (BOKT) da qanuni təmsilçisidir.

“ABC-Telecom” MMC mobil telefon və elektronika məhsullarının satışını həyata keçirən “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. Şirkətin sahibi kimi isə keçmiş deputat Elnur Allahverdiyevin adı çəkilir. O, 2020-ci ilədək MMC-nin qanuni təmsilçisi olub. Həmin il deputat seçildikdən sonra şirkətin qanuni təmsilçisi dəyişdirilib.

Elnur Allahverdiyevin deputatlıq fəaliyyəti 2024-cü ildə başa çatıb. O, həmin il keçirilən parlament seçkilərinə qatılmayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu