Meksikada seldə ölənlərin sayı artır


Meksikada güclü yağışlar nəticəsində baş verən seldə həyatını itirənlərin sayının 76-ya yüksəlib.

Axtarış işlərinin davam etdiyi 5 ştatda 76 nəfərin həyatını itirdiyi, 39 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Meksika dövlət başçısı Klaudiya Şeinbaum X hesabında selin vurduğu Puebla ştatına bağlı Pantepek qəsəbəsinə etdiyi səfərlə bağlı paylaşım edib.

Şeinbaum yerli rəsmilərlə koordinasiyalı şəkildə çalışdıqlarını bildirərək, “Xalqı yolların açılması, daha çox yardımın çatdırılması və milli vəzifəlilər tərəfindən aparılan zərər qiymətləndirmə işləri barədə məlumatlandırdıq. Heç kimi geridə qoymayacağıq, siz tək deyilsiniz” – ifadəsini işlədib.

Dövlət başçısı daha sonra Hidalgo ştatına bağlı Huehuetla və Tianguistengo bölgələrini də helikopterlə havadan müşahidə edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu