Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 9-a yüksəlib
Yaponiyanın qərbindəki İşikava əyalətinin Noto və Suzu bölgələrinə yağan güclü yağışlar nəticəsində həyatını itirənlərin sayının 9-a yüksəldiyi açıqlanıb.
Yaponiyanın dövlət televiziyası NHK-nın xəbərinə görə, Noto və Suzu bölgələrində leysan yağışları nəticəsində baş verən sel və torpaq sürüşmələrində ölənlərin sayı artıb.
Səlahiyyətlilər təbii fəlakətlərdə 9 nəfərin həyatını itirdiyini, 8 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Bölgədə çox sayda insanın qapalı qaldığını bildirən səlahiyyətlilər, bu insanların təxliyəsi üçün işlərin davam etdiyini qeyd edib.
Mənbə: AA