Peru Meksika ilə diplomatik əlaqələri kəsdi


Peru hökuməti keçmiş baş nazir Betssi Çavesə səfirlik iqamətgahında siyasi sığınacaq verən Meksika ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

Perunun xarici işlər naziri Uqo de Zela keçirdiyi mətbuat konfransında Meksikanın Limadakı səfirlik iqamətgahında Çavesə siyasi sığınacaq verməsinə toxunub.

Zela bildirib ki, bu dostcasına olmayan addım qarşısında və həmin ölkənin hazırkı və keçmiş prezidentlərinin Perunun daxili işlərinə təkrarlanan müdaxilələrini nəzərə alaraq, Peru hökuməti bu gündən etibarən Meksika ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.

Meksika hökumətini hədəf alan Zela “Bu gün biz böyük təəccüb və dərin kədərlə öyrəndik ki, keçmiş baş nazir Çaves keçmiş dövlət başçısı Pedro Kastillonun həyata keçirməyə çalışdığı çevrilişin mümkün şəriki kimi görülür və hazırda Meksikanın Perudakı səfirlik iqamətgahında siyasi sığınacaq tələb edib” deyə əlavə edib.

Xatırladaq ki, Peru Konqresi 23 may 2023-cü ildə ölkənin daxili işlərinə qarışdığını iddia etdiyi Meksikanın keçmiş prezidenti Andres Manuel Lopez Obradoru ölkədə “arzuolunmaz şəxs” elan etmişdi.

Meksikanın Perunun keçmiş dövlət başçısı Kastillonun ailəsinə siyasi sığınacaq verməsi də keçmişdə iki ölkə arasındakı münasibətlərdə gərginliyə səbəb olmuşdu.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu