Cənubi Koreya Şimali Koreyaya hərbi görüş təklifi edib


Cənubi Koreyada hakim Demokratik Partiya (DP) Şimali Koreyaya hərbi görüşlər üçün irəli sürülən təklifi qəbul etməsi çağırışı edib.

Yonhap agentliyinin xəbərinə görə, DP qrup rəhbəri Kim Byung-kee milli məclisdə keçirilən iclasda çıxış edib.

Kim ölkəsinin Şimali Koreyaya hərbi görüşlər üçün etdiyi təklifin əhəmiyyətinə toxunaraq, “Bu təklif, Prezident Li Je Myung vəzifəyə gəldikdən bəri Cənubi Koreyanın Şimali Koreya ilə görüşlər üçün etdiyi ilk rəsmi təklif olaraq, Koreya yarımadası arasında dialoqun yenidən başlaması üçün önəmli bir fürsət olacaq” deyib.

Şimali Koreyanın ABŞ-Cənubi Koreya zirvəsinə dair tənqidlərinə də diqqət çəkən Kim bildirib ki, Pxenyanın deməli olduğu bir şey varsa, Koreya görüşləri keçirildikdə bunu tam şəkildə ifadə edə biləcək.

Qeyd edək ki, əgər Şimali Koreya Cənubi Koreyanın hərbi görüş təklifini qəbul edərsə, bu 2018-ci ildə keçirilən ümumi səviyyəli hərbi görüşlərdən sonra ilk Koreya arası hərbi dialoq olacaq.

Cənubi Koreya keçən həftə iki Koreyanı birləşdirən Hərbi Sərhəd Xətti (MDL) məsələsini aydınlaşdırmaq və sərhəddə baş verə biləcək mümkün qarşıdurmaları qabaqlamaq məqsədilə Şimali Koreya ilə hərbi görüş keçirilməsi təklifini irəli sürmüşdü.

Şimali Koreya lideri Kim Çen İn 2024-cü ilin yanvarında Kyongui piyada yolu da daxil olmaqla, sərhəd boyunca iki ölkə arasındakı bütün əlaqələrin kəsilməsi üçün sərt tədbirlər görülməsi göstərişi vermişdi.

Cənubi Koreyalı hərbi rəsmilər bildirib ki, 2024-cü ilin aprelində Şimali Koreya iki Koreyanı birləşdirən və Hərbi Nəzarətsiz Zonada (DMZ) yerləşən yollara mina yerləşdirdiyi müəyyən edilib.

Cənubi Koreyalı rəsmilər son olaraq oktyabrda sərhəd bölgəsində xidmət edən Şimali Koreyalı əsgərlərin mina yerləşdirmək məqsədilə iki Koreyanı birləşdirən MDL-ni keçdiyini iddia etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu