Tramp ABŞ-ı 66 beynəlxalq qurumdan geri çəkdi


ABŞ Prezidenti Donald Tramp onlardan 31-i Birləşmiş Millətlər Təşkilatına (BMT) aid olmaqla, ümumilikdə 66 beynəlxalq qurumdan ABŞ-ın geri çəkilməsini nəzərdə tutan prezident fərmanına imza atıb.

Ağ Evdən verilən yazılı açıqlamada Trampın bu gün imzaladığı fərmana istinad edilərək, ABŞ-ın ümumilikdə 66 beynəlxalq qurumdan geri çəkildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bu gün Prezident Donald Tramp Amerika maraqlarına xidmət etməyən 66 beynəlxalq qurumdan ABŞ-ın çıxmasını əmr edən prezident fərmanını imzalayıb.

Qərarın Amerikanın milli maraqlarına zidd hərəkət edilməsi səbəbindən qəbul edildiyi vurğulanıb. Belə ki, ABŞ həm iştirak, həm də maliyyə baxımından 31-i BMT yanında olmaqla, ümumilikdə 66 beynəlxalq qurumdan geri çəkiləcək.

Ağ Evin açıqlamasında konkret hansı qurumlardan geri çəkiləcəyi barədə məlumat verilməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Tramp 20 yanvar 2025-ci ildə ikinci prezidentlik dövrünə başladığı ilk günlərdə Paris İqlim Sazişindən və BMT İnsan Haqları Şurasından çıxmış, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinə (UNRWA) göndərilən vəsaitləri isə dayandırmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu