Zelenski: ABŞ Ukraynadan müharibəni yaya qədər bitirməyi tələb edir
Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin bu ilin yayına qədər yekunlaşdırılmasına çalışır və bu hədəfə çatmaq üçün Kiyevə təzyiq göstərmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Vaşinqtonun müharibəni yayın əvvəlinə qədər bitirmək təklifi və bu qrafikə uyğun təzyiq ehtimalları ABŞ-ın daxili siyasi gündəmi ilə birbaşa bağlıdır. Ukrayna lideri qeyd edib ki, yayın gəlişi ilə ABŞ üçün daha aktual olan daxili məsələlər ön plana çıxacaq və bu faktor sülh prosesinin sürətləndirilməsində əsas rol oynayacaq.
Müşahidəçilər bildirirlər ki, Ağ Evin bu tələsikliyinin kökündə 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkiləri dayanır. Belə ki, həmin seçkilərdə demokratlar Konqres üzərində nəzarəti bərpa etməyə ümid edirlər və Ukrayna böhranının həlli seçki öncəsi mühüm siyasi xal kimi qiymətləndirilir.
