Vuçiç İlham Əliyevi belə qarşıladı - YENİLƏNİB+VİDEO


Fevralın 15-də Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

AFN.az xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycanın Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.


***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gedib. Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

***

Serbiya Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Dövlət başçısının şərəfinə sarayın qarşısında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb. Daha sonra hər iki ölkənin dövlət himni səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Aleksandar Vuçiçə təqdim edilib.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu