Katz: Əli Laricani öldürülüb
İsrailin müdafiə naziri İsrael Katz İran Milli Təhlükəsizlik Ali Şurasının keçmiş sədri və hazırkı strateji müşaviri Əli Laricaninin İsrail ordusunun hücumu nəticəsində öldüyünü iddia edib.
AFN.az xəbər verir ki, Katz bu barədə rəsmi açıqlama verərək, İranın yüksək səviyyəli rəsmisinin hədəf alındığını və əməliyyatın uğurla başa çatdığını qeyd edib.
İran tərəfi hələlik bu iddia ilə bağlı hər hansı rəsmi bəyanat yaymasa da, bölgədə gərginliyin ən pik həddə çatdığı bildirilir. Əli Laricani İranın nüvə proqramı və strateji təhlükəsizlik məsələlərində ən önəmli fiqurlardan biri kimi tanınırdı.
Beynəlxalq analitiklər bu hadisənin regiondakı mövcud münaqişənin gedişatına ciddi təsir edəcəyini və Tehranın cavab addımlarının qaçılmaz olduğunu vurğulayırlar. Hazırda dünya mediası rəsmi Tehranın verəcəyi reaksiyanı yaxından izləyir.
