ABŞ İranın nüvə silahı yaratmağa çalışdığını iddia edir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff, Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsində keçirilən dinləmələr zamanı İranın nüvə silahı hazırlamaq istəyində olduğunu bəyan edib.
AFN.az xəbər verir ki, o, bu qənaətin Amerika xüsusi xidmət orqanlarının əlində olan məlumatlara əsaslandığını vurğulayıb.
Senator Con Korninin (Respublikaçı, Texas) İranın nüvə ambisiyalarından və ya ABŞ qoşunları ilə müttəfiqlərinə təhlükə yarada biləcək ballistik raket proqramından imtina edib-etmədiyi barədə sualına cavab verən Retkliff, kəşfiyyat məlumatlarının bunun əksini göstərdiyini bildirib. Onun sözlərinə görə, Tehran hələ də bu strateji hədəflərindən geri çəkilməyib.
