Səudiyyə Ərəbistanında "Samref" zavoduna PUA düşüb
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi "Samref" neft emalı zavoduna pilotsuz uçuş aparatının (PUA) düşdüyünü bəyan edib.
AFN.az xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, "Samref" neft emalı zavoduna bir PUA-nın düşməsi nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində işlər hazırda davam etdirilir. Hadisənin təfərrüatları və müəssisənin iş qrafikinə təsiri araşdırılır.
Qeyd edək ki, İran, ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan bəri 7 ərəb ölkəsindəki ABŞ bazalarına və strateji əhəmiyyətli nöqtələrə raket və PUA zərbələri endirir.
Qeyd edək ki, "Samref" zavodu bölgənin mühüm enerji infrastrukturlarından biri hesab olunur.


